Rusiyada Su-34 təyyarəsi qəzaya uğrayıb

Rusiyanın Volqoqrad vilayətində Su-34 bombardmançı təyyarəsi qəzaya uğrayıb. Bu barədə RF Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.

Bildirilir ki, təyyarə  döyüş sursatları olmadan təlim uçuşu həyata keçirirdi.

Qəzaya uğrayan Su-34 bombardmançısı boş əraziyə düşüb. Pilotlar katapult ediblər, hazırda onların həyatları təhlükədə deyil.

Müdafiə Nazirliyi qeyd edir ki, hadisənin ilkin səbəbi texniki nasazlıq hesab edilir. Hazırda qəza yerində xüsusi komissiya işləyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ