Giriş qadağandır: 35 ölkə vətəndaşlarını Ukraynaya getməməyə çağırır

Vətəndaşlarına Ukraynaya getməməyi tövsiyyə edən ölkələrin sayı son sutkada kəskin artıb.

Buta.media xəbər verir ki, son məlumata görə, 35 ölkə öz vətəndaşlarına belə tövsiyyə verib.

Bundan əvvəl, 20 ölkə öz vətəndaşlarına Ukrayan ərazisinə keçməməyi məsləhət görmüşdü - Avstraliya, Böyük Britaniya, Latviya, İsrail, Kanada, Yunanıstan, Yeni Zelandiya, Niderland, Norveç, ABŞ, həmçinin Fransa, Çernoqoriya, Cənubi Koreya, Yaponiya, Belçika, Almaniya və Litva.

Son gecə ərzində bu siyahıya Küveyt, İraq, İtaliya, İspaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, İsveç, Sloveniya, İordaniya, Fələstin, Mərakeş, Lüksemburq, Baham adaları, eləcə də Şimali Makedoniya, Albaniya, Bolqarıstan, Bəhreyn və Kipr qoşulub.

Öz növbəsində, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell Aİ-nin Ukrayndakı diplomatik nümayəndəliyini bağlamayacağını bildirib.

Fevralın 11-də ABŞ Dövlət katibi Entoni Blinken bəyan edib ki, Rusiya istənilən vaxt, o cümlədən, Qış Olimpiya Oyunları zamanı Ukrayna ərazisinə hücum edə bilər. ABŞ prezidenti Co Bayden isə Rusiyanın Ukraynaya hücum tarixini fevralın 16-da olacağını açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ