Türkmənistanda seçkilər: Berdiməhəmmədov vəzifəsindən gedir

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov vəzifəsindən getməyə hazırlaşdığını bildirib.

Buta.media-nın məlumatına görə, o bundan sonra siyasi karyerasını Türkmənistan parlamentinin Yuxarı palatasının sədri vəzifəsində davam etdirmək niyyətindədir.

“Mən ölkəmizin yeni inkişaf mərhələsində dövlət idarəçiliyinə mənəvi mühitdə və müasirliyin tələblərinə uyğun tərbiyə olunan gənc rəhbərlərin cəlb olunması ideyasını dəstəkləyirəm. Öz böyük siyasi təcrübəmi bundan sonra “Xalq məsləhəti”nin rəhbəri kimi bu sahəyə yönəldəcəm”, -  Berdiməhəmmədov qərarını əsaslandırıb.

Türkmənistan Mərkəzi Seçki Komissiyası martın 12-nə ölkədə növbədənkənar prezident seçkiləri təyin edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ