ABŞ Məxfi Xidmətinin direktoru Kimberli Çitl istefa verib. Bu barədə CNN məlumat yayıb. Rəsmi açıqlama hələlik yoxdur.
Kanal qeyd edir ki, Çitl ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdi ilə bağlı təhlükəsizlik qaydalarının pozulmasının araşdırılması fonunda Məxfi Xidmətin rəhbəri vəzifəsini tərk etmək qərarına gəlib.
CNBC Çitlin tabeliyində olanlara göndərdiyi iddia edilən vida məktubunu dərc edib.
Kimberli Çitlin istefası Məxfi Xidmət rəhbərinin Trampa sui-qəsd cəhdi ilə bağlı ABŞ Konqresində ifadə verməsindən bir gün sonra baş verib. Çitl baş verənlərin son onilliklərdə kəşfiyyat xidmətinin ən böyük uğursuzluğu olduğunu etiraf edib. Lakin o, konqresmenlərə insidentin təfərrüatını verməkdən imtina edərək onların narazılığına səbəb olub.