Rusiya Ukraynaya bu tarxidə hücum edəcək - Bayden açıqladı

ABŞ prezidenti Co Bayden bəyan edib ki, fevralın 16-da Rusiya Ukraynaya hücum edəcək. 

Buta.media Politico nəşrinə istinadən xəbər verir ki, bu tarixi Bayden Qərb ölkələri, Aİ və NATO liderləri ilə danışıq zamanı səsləndirib.

ABŞ-ın bir neçə rəsmiləri prezidentin bəyanatı təsdiqləyiblər. Vaşinqton xəbərdarlıq edib ki, hücumdan əvvəl raket atəşləri və kiberhücumlar həyata keçiriləcək. 

Artıq bir neçə ölkə vətəndaşlarına Ukraynanı tərk etmək barədə tövsiyə verib. Cənubi Koreya vətəndaşlarına Ukrayna ərazisinə keçməyi qadağan edib. Böyük Britaniya və İsrail öz səfirliklərinin əməkdaşların təxliyyə edir, ABŞ-da diplomatların Ukraynadan çıxarmaq niyyətindədir.

Baydenin bəyanatı ilə eyni vaxtda Bloomberg saytında Rusiyanın Ukraynaya 15 fevral tarixində hücum edəcəyi barədə material çıxıb. Saytın mənbələrinin məlumatına əsasən, Rusiya Donbasda təxribatlar və Kiyevə hücum həyata keçirə bilər. 

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova Baydenin bəyanatına münasibət bildirərkən qeyd edib ki, dezinformasiya və təhdidlər Vaşinqtonun sevilmli metodlarıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ