ABŞ-da törətmədiyi qətlə görə 43 il cəza çəkən qadın sərbəst buraxılıb

ABŞ-ın Missuri ştatında 64 yaşlı Sandra Hemme törətmədiyi cinayətə görə 43 il həbsxanada yatdıqdan sonra azadlığa çıxıb. Bu barədə “Associated Press” məlumat yayıb.
 
Hemme 1980-ci ildə yerli kitabxanaçının qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib. Yeganə sübut qadının özünün səmimi etirafı olub. Bu etiraf Hemmedən trankvilizatorların təsiri altında olarkən psixiatriya xəstəxanasında əldə edilib - və əsasən müstəntiqlərin suallarına birtərəfli cavablardan ibarət olub.

İşə baxış zamanı məhkəmə müəyyən edib ki, belə bir etiraf sübut sayıla bilməz. Məhkəmə onu da qeyd edib ki, istintaq polis əməkdaşı olan digər şübhəli şəxs barəsində dəlillərə məhəl qoymayıb. Belə ki, həmin polisin avtomobili cinayət günü qətlə yetirilən qadının evinin qarşısında görünüb və sonradan onun evində qadının sırğaları tapılıb. Şübhəli şəxs sayılan polis əməkdaşı 2015-ci ildə vəfat edib.

Hemmenin azadlığa buraxılması ilə bağlı qərar iyun ayında verilib, lakin dövlət vəkili buna qarşı çıxıb. O, azadlığa buraxılma qərarını əvvəlcə apellyasiya məhkəməsində, sonra isə ştatın ali məhkəməsində şikayət edib (hər iki müraciət rədd edilib), həmçinin şəxsən nəzarətçiyə zəng edərək Hemmeni azad etməyi qadağan edib. Qadın yalnız prokurorun məhkəməyə hörmətsizlik etdiyinə görə təqib olunacağı ilə hədələndikdən sonra sərbəst buraxılıb.

Hemmenin işi ABŞ-da bir qadın üçün ən uzun müddətdə qanunsuz həbsdə saxlanılması ilə bağlı rekorddur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ