Türk ər azərbaycanlı qadını girov götürdü - VİDEO

Ankarada Mamak rayonunun General Zəki Doğan məhəlləsində əslən azərbaycanlı Sevinc Tombuş Paşayeva və onun anası girov götürülüb. 
 
Buta.media xəbər verir ki, bu haqda  məlumat Avropa.info-ya Türkiyədəki özəl mənbələrdən daxil olub.

 

Onlar Türkiyə vətəndaşı olan əri tərəfindən girov götürülüb. 
 
Məlumata görə, Türkiyə vətəndaşı ilə evli olan Sevinc Tombuş Paşayeva ərindən ayrılmaq üçün dəfələrlə müraciət etsə də, nəticə əldə edə bilməyib. Bundan qəzəblənən əri onu və anasını evdə girov saxlayaraq polisin evə gələcəyi təqdirdə onları öldürəcəyi ilə təhdid edir. Məsələdən xəbər tutan Türkiyədə yaşayan azərbaycanlılar təqribən yarım saat öncə daxili işlər naziri Süleyman Soyluya məsələ ilə bağlı məlumat göndəriblər.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ