Paşinyan Əliyevdən vaxt istəyib - Ermənistan KİV

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevi Ermənistan Konstitusiyasını 2026-cı il parlament seçkilərindən sonra dəyişdirməyə başlayacağına “inandıra bilib”. Bu barədə “Hraparak” qəzeti hakim “Mülki Müqavilə” partiyasındakı mənbəyə istinadən yazır.

Nəşr iddia edir ki, “bəlkə də buna görə baş nazir konstitusiya islahatları komissiyasına 2026-cı ilin dekabrında parlamentə keçiriləcək seçkilərdən sonra yeni Konstitusiya konsepsiyasını təqdim etməyi tapşırıb”.

Bundan əlavə, qəzet yazır ki, Nikol Paşinyan payızda xarici siyasət cəbhəsində sürprizlərin gözlənildiyini açıqlayıb. Qəzetin yazdığına görə, Paşinyan guya Rusiya ilə yaxınlaşmağı planlaşdırır.

“Paşinyan Avropa İttifaqının Ermənistanı qəbul etmədiyini, maliyyələşdirmədiyini, bu istiqamətdə düzgün addımlar atmadığını və kifayət qədər təhlükəsizliyi təmin etmədiyini bildirərək, Rusiya ilə yenidən yaxınlaşacağını deyib”, - nəşr qeyd edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ