Rusiyadan Britaniyaya xəbərdarlıq: Cavabımız sərt olacaq

Rusiya Böyük Britaniya tərəfindən tətbiq edilən yeni sanksiyalara sərt cavab verəcək. 

Buta.media TASS-a istinadən xəbər verir ki, bunun Rusiyanın xarici işlər naziri Sergey Lavrov britaniyalı həmkarı Liz Trassa deyib. 

Diplomat söz verib ki, Londonun Moskvaya sanksiya tətbiq etməsi qərarı aqressiya aktı kimi qəbul ediləcək. O xatırladıb ki, Britaniya qanunvericiliyinə yeni qəbul edilən dəyişikliklərə görə, məhdudiyyətlər Rusiya ilə bağlı əlaqəsi olan istənilən fiziki və hüquqi şəxsə tətbiq edilə bilər.

“Cavabımız ölçülmüş və sərt olacaq”, - Lavrov bildirib.

Rusiya XİN-nin rəsmi məlumatında bildirilir ki, Londonun Ukrayna və digər postsovet ölkələrində Rusiyaya qarşı aktivliyi iki ölkə arasında əlaqələrə neqativ təsir edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ