Xoşuna gəldi, gəlmədi, dözməlisən gözəlim: Putin Ukrayna haqda dediyi sözləri izah etdi

Rusiya prezidenti Vladimir Putin izah edib ki, onun Moskvada Fransa prezidenti Emmanuel Makron ilə görüş zamanı Ukrayna və gözəl barəsində gətirdiyini misalın heç bir şəxsi ölçüsü yoxdur. 

Buta.media-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Dövlət başçısı qeyd edib ki, Minsk müqaviləsinin müzakirəsi konteksində səslənən “xoşuna gəldi, gəlmədi, dözməlisən gözəlim” ifadəsi yalnız razılaşmanın yerinə yetirilməsi mənasını daşıyır.

“Açığını deyim ki, mən çoxillik fəaliyyətim zamanı heç vaxt şəxsiyyətə keçməmişəm”, - Rusiya lideri bəyan edib.

Fevralın 9-da Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə mətbuat konfransında Putinin sözlərini cavablandırarkən bildirib ki, Ukrayna çox dözümlü ölkədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ