Sui-qəsddən sonra Trampın ilk görüntüləri

ABŞ-nin eks-prezidenti Donald Tramp Pensilvaniyada baş verən sui-qəsd cəhdindən sonra ilk dəfə Nyu Cersidə ictimaiyyət qarşısına çıxıb.

Sabiq prezidentin görüntülərini “The New York Post” nəşri yayıb.

Məlumata görə, görüntülərdə Trampın təyyarədən sərbəst enişi və kənardan onu izləyən insanlara əl yellədiyi görünür.

Eyni zamanda kadrlarda onu silahlı məxfi xidmət əməkdaşlarının müşayiət etdiyi əks olunub.

Həmin görüntüləri təqdim edirik:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ