Trampa atəş açan şəxs öldürülüb. O, qonşu binanın damında idi - video

Donald Trampın seçki kampaniyası zamanı atəş açmaqda şübhəli bilinən şəxs öldürülüb. Bu barədə “The Washington Post” Pensilvaniya ştatının Batler şəhərinin rayon prokuroruna istinadən məlumat yayıb.

CNN hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır ki, atəş açan şəxs “zərərsizləşdirilib”.

“Associated Press” xəbər verir ki, prokuror mitinq iştirakçılarından birinin öldüyünü də bildirib.

Hüquq-mühafizə orqanlarındakı iki mənbə CNN-ə bildirib ki, şübhəli şəxs yaxınlıqdakı binanın damında olub. Kanalın həmsöhbətlərindən bir neçəsi onu snayper adlandırıb. Batler rayon prokuroru Riçard Qoldinqer atıcının damda olduğunu və “bir neçə yüz metr” uzaqlıqdan atəş açdığını təsdiqləyib. 

Xatırladaq ki, Pensilvaniya ştatının Batler şəhərində Donald Trampın seçki kampaniyası zamanı atışma baş verib. ABŞ prezidentliyinə namizədin çıxışı zamanı atəş səsləri eşidilib. Bir neçə saniyədən sonra Tramp əli ilə qulağını və ya boynunu tutub, sonra yerə yıxılıb. O, Xüsusi Xidmət əməkdaşları tərəfindən səhnədən çıxarılıb Tramp komandasının sözçüsü keçmiş ABŞ prezidentinin yerli xəstəxanada müayinə olunduğunu söyləyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ