Trampa mitinq zamanı atəş açdılar - video

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniya ştatının Batler şəhərində seçki kampaniyası zamanı güllələnib. 

Hadisənin videosunda onun çıxışı zamanı silah səsləri eşidilir; siyasətçi sağ qulağına toxunur və yerə yıxılır. 

Xüsusi xidmət agentləri onu əhatə edir, ayağa qalxmağa kömək edir və səhnədən çıxarır. Videoda Trampın qulağında qan izləri görünür; o isə yumruğunu göstərərək səhnəni tərk edir.

Hazırda Trampın “təhlükəsiz” yerdə olduğu bildirir. Trampın seçki kampaniyasının sözçüsü, keçmiş prezidentin “yaxşı olduğunu” və yerli tibb müəssisəsində müayinədən keçirildiyini deyib. 

ABŞ-nin hazırki prezidenti Co Bayden Ağ Evin keçmiş rəhbəri Donald Trampla telefon danışığı aparıb. Lakin iki siyasətçinin telefon danışığının təfərrüatları barədə məlumat verilmir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ