Maskasız həyat: Avropa ölkələri rekord sayda yoluxmaya baxmayaraq məhdudiyyətləri ləğv edirlər

Son həftələr ərzində Avropada COVID-19-a yoluxma sayı rekord göstəricilərlə yadda qalır: kontinentdə koronavirusa yeni yoluxanların sutkalıq sayı 1,5 milyona çatıb. Səbəb kimi koronavirusun daha yoluxucu ştammı omikronun sürətlə yayılması göstərilir. Alimlər xəbərdarlıq edirlər ki, regionun bir sıra ölkəsində hazırki yoluxma dalğası hələ pik həddinə çatmayıb. Buna baxmayaraq, Avropa ölkərinin hökumətləri qəribə addım atıblar – kroonavirusla bağlı məhdudiyyətlər qismən və ya tamamilə aradan qaldırıblar. Avropalılar necə pandemiyadan qorxmamağa başladılar və niyə tibbi maskadan istifadədən imitina edirlər.

Buta.media Lenta.ru-nin mövzu ilə bağlı yazısını təqdim edir.

Günlər, həftələr, geriyə yol yoxdur

Avropada omikrona ilk yoluxma halı 2021-ci ilin noyabr ayında qeydə alınıb. Həmin vaxt kontinentdə həftəyə 2,5 milyon yoluxma olurdu. Lakin, koronavirusun yeni daha yoluxucu növü yayılandan sonra bu göstərici dörd dəfə çoxaldı: yanvarın 17-dən 23-ə qədər regionda 10 milyona yaxın yeni yoluxma faktı aşkarlandı. Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, mart ayına Avropa əhalisinin 60 faizi omikrona yoluxacaq.

Bu fonda bir neçə ölkə kovidlə bağlı məhdudiyyətləri ləğv etmək qərarına gəlib. Əsas səbəb kimi, yeni ştamma yoluxanların xəstəxanaya yerləşdirmə payı əvvəlkilərdən əhəmiyyətli dərəcədə aşağı  olmasıdır. Bundan əlavə, bir çox ölkə vaksinasiya ilə bağlı yüksək göstəricələrə nail olub: peyvənd olunan insanların xəstəxanaya yerləşdirilməsi çox nadir hallarda baş verir ki, bu da hospitalların yüklənməsinin qarşısını alır. Və nahayət, sərt sanitar qaydaları Avropa ölkələrinin biznesinə və iqtisadiyyatına mənfi təsir edib, və avropalılar məhdudiyyətlərdən sadəcə beziblər.

Böyük Britaniya

Ən radikal addımı Britaniya hökumət atdı – İngiltərədə bütün məhdudiyyətlər ləğv olundu. Hazırda ingilislər qapalı məkanlarda maska taxmağa məcbur deyillər, gecə klubları, konsert və futbol matçlarına gedərkən isə pasport təqdim etməyəcəklər. Hökumət həmçinin qocalar evində yaxınlarını ziyarət etmək istəyənlərə icazə verdi və şirkətlərə distant işlə bağlı tövsiyəsini geri götürdü.

Maraqlıdır ki, bütün bu qərarlar baş nazir Boris Consonla bağlı qalmaqal fonunda qəbul edilib. Belə ki, Conson və onun yaxınları ölkədə sərt karantin qaydalarının mövcud olduğu vaxtda Dauninq-stritdə şənliklər təşkil edirdilər.

Birləşmiş Krallığın digər hissələrində karantin qaydalarının yumşaldılması və ya sərtləşdirilməsi ilə bağlı qərarlar yerli hakmiyyət tərəfindən verilir, lakin bu regionlarda da, qaydaların tədricən yumşalması müşahidə olunur.

Danimarka

Fevralın 1-dən etibarən Danimarka son məhuddiyyəti aradan qaldırdı və Avropa İttifaqında koronavirusla bağlı tətbiq edilən karantin qaydalarının tamamilə ləğv edən ilk ölkə oldu. Ölkədə qoruyucu maskadan məcburi istifadə ləğv edilib və ictimai iaşə obyektlərinin fəaliyyəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb. 

“Bu gün biz yenidən gülə bilərik”, - ölkənin baş naziri Mette Frederiksen deyib.

Danimarka həmçinin ölkəyə girişi asanlaşdırıb -  bunun üçün artıq uçuşdan əvvəl test vermək lazım olmayacaq. Bundan əlavə, krallıqda artıq ÜST tərəfindən təsdiq edilmiş bütün vaksinlər tanınır. Daha əvvəl mövcud olan kruiz səyahətləri ilə bağlı məhdudiyyət də ləğv olunub.

Fransa

Fransa hökuməti də məhuddiyyətlərin bir hissəsinin aradan qaldırılmasına qərar verib. İlk mərhələdə fevralın 2-də küçədə tibbi maskadan məcburi istifadə etmə, konsertlərə, idman oyunlarına və digər kütləvi tədbirlərə buraxılan tamaşaçıların sayı ilə bağlı məhdudiyyətlər ləğv olunub. Ölkədə həmçinin məcburi distant işlə bağlı məhdudiyyət də ləğv edilib. Fevralın 16-dan isə Fransada gecə klubları açılacaq, stadion və kinoteatrlarda isə yenidən yemək və içməyə icazə veriləcək.

Bununla yanaşı Fransa hökuməti peyvənd olunmayan vətəndaşlara qarşı təzyiqləri artırıb. Əvvəllər ölkə sakinləri barlara, restoranlara və digər məkanlara sanitar sənədi göstərərək keçirdilər: bu sənəd yalnız peyvənd olunandan və koronavirusa yoluxmadan sonra deyil, həmçinin mənfi test nəticəsinə görə də verilirdi. Yanvarın 24-dən isə sonuncu opsiya ləğv olunub – bununla ölkə rəhbərliyi əhalinin vaksinasiya səviyyəsini artırmaq istəyir. 

Avstriya

Avstriya da məhdudiyyətlərin yumşalmasına getdi: yanvarın 31-də ölkədə peyvənd olunmayanlar üçün tətbiq edilən lokdaun ləğv olundu. Bundan əvvəl, onlara yalnız lazımi halda evi tərk etməyə icazə verilirdi – məsələn, mağazaya və ya aptekə getmək üçün. Lakin, peyvənd əleyhdarlarının sevinci uzun çəkmədi, fervalın 1-dən ölkədə məcburi vaksinasiya ilə bağlı qanun qüvvəyə mindi – bu Avropada ilk belə hal idi.

Hökumət vaksinasiyadan səbəbsiz imtina edənlərə martın 15-ə qədər vaxt verdi. Bundan sonra cərimələr qüvvəyə minəcək: ilk dəfə tutulanda 600 avro, bir neçə dəfə qanunu pozanda isə cərimələrin məbləği ildə 3,6 min avroya çata bilər. Bundan əlavə vaksin əleyhdarlarına mütəmadi olaraq peyvəndlənmə ilə bağlı xəbərdarlıqlar göndəriləcək. Qanun 18 yaşdan yuxarı bütün vətəndaşlar üçün nəzərdə tutulub. İstisna yalnız hamilə qadınlar və tibbi nöqteyi-nəzərdən vaksinasiya qadağan edilmiş insanlar təşkil edir.

Bununla yanaşı, hökumət sanitar qaydaları yumşaldır. Fevralın 5-dən mağaza və restoranların iş saatı artırılıb. Fevralın 12-dən isə mağazaya daxil olanda peyvənd sertifikatı təqdim etmək lazım olmayacaq.

Niderland

Niderlandda Avropda mövcud olan ən sərt karantin qaydaları var idi. Krallıq bununla belə digər Avropa ölkələrinin yolu getməyə üstünlük verdi. Ölkədə son bir ayda bağlı qalan restoranlar, barlar, teatrlar, muzeylər yenidən açılır. Onların iş saatı 22:00-dək müəyyənləşdirilib və girişdə ya neqativ test, ya da peyvənd pasportu təqdim olunmalıdır. Gecə klubları isə bağlı qalacaq, idman və digər kütləvi tədbirlərdə iştirakçıların sayını 1250 nəfərə qədər məhdudlaşdırılıb.

Finlandiya

Finlandiya hökuməti də bir sıra məhdudiyəytlərin aradan qaldırılmasına qərar verib. Burada restoranlar saat 21:00 qədər, barlar isə 18:00-a qədər işləyəcək, spirtli içkilərin verilməsi məkanın bağlanmasına bir saat qalmış dayandırılacaq.

Bir sıra Avropa ölkəsində sanitar qaydaların yumşalması ilə yanaşı Avropa Şurası İttifaqa daxil ölkələrə giriş qaydalarının sadələşdirməyə qərar verib. Fevralın 1-dən Aİ ölkələrinə giriş zamanı əsas kimi səyaətçinin gəldiyi ölkədəki epidemioloji vəziyyət yox, hər bir şəxsin ayrıca kovid-statusu götürülür. İstisna yalnız koronavirusun çox sürətlə yayıldığı ölkələr təşkil edir.
Avropaya giriş üçün vaksinasiya, xəstəliyin keçirilməsi və ya mənfi testin olmasına dair Aİ-nin elektron sertifikatı lazım olacaq. Belə sertifikatı olmayanlar Avropa gələndən 24 saat gec olmayaraq koronavirusa qarşı test verməlidirlər. Bundan əlavə Aİ-nin hər bir ölkəsi fərdi qaydada öz əlavə məhdudiyyət və ya tələblərini qoya bilər.

Qorxuram ki, sabah oyanmayacağıq

Avropanın bəzi ölkələri məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tələsməməyi qərara alıb. Onların arasında Almaniya da var – COVID-19-a yoluxma sayına görə regionda ikinci yerdədir. Almaniya kansleri Olaf Şolts epidemioloji qaydaların lazımlığını virusun yüksək yapılma sürəti ilə izah edib. Ölkədə həmçinin digər Avropa dövlətləri ilə müqayisədə peyvənd olunmayan yaşlı insanların sayı daha çoxdur.

ÜST isə omikronun yayılmasının pandemiyaya son qoyacağına inanmır. Təşkilatın baş direktoru Tedros Adanom Qebreyesusun sözlərinə görə, vəziyyət tam əksinədir: dünyada koronavirusun yeni növlərinin yaranması üçün ideal mühit yaranıb. ÜST ekspertlərinin fikrincə, virus daha yoluxucu olacaq, və yeni ştammlar daha təhlükəli və ölümcül ola bilər

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ