Həkim omikrondan sonra COVID-19-un növbəti ştammından danışdı

Həkim-biofizik Nelli Sosedova Sputnik-ə müsahibəsində omikrondan sonra COVID-19-un yeni ştammının necə olacağından danışıb.

Buta.media xəbər verir ki, Sosedovanın sözlərinə görə, növbəti ştamm daha yüngül keçəcək, lakin omikronun əsas xüsusiyyətlərini saxlayacaq.

“Virusa insanın güclü xəstələnməsi sərf etmir. Virus – parazitdir, ona sahibi ilə simbioz olmaq lazımdır ki, insan xəstələnsin və digərinə ötürsün. Bu zaman virus qrip kimi mövsümi ola biləcək”, - mütəxəssis qeyd edib.

O həmçinin əlavə edib ki, koronavirusun yeni variantını artıq gələn il gözləmək olar

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ