Böyük Britaniyada axtarışda olan amerikalı killer Ermənistanda tutularaq nəzarətə götürülüb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, Böyük Britaniyada qətl törətməkdə və qanunsuz silah saxlamaqda ittiham olunan 44 yaşlı Eymi B. iyulun 2-də Proşyan kəmdində saxlanılıb. Qadın hazırda həbsdədir.
Eymi 2019-cu ilin sentyabrında Birmingemdə (ABŞ) iş adamına sui-qəsdə cəhd etdiyi üçün axtarışda idi. Britaniya polisinin məlumatına görə, Derbidən olan Mohammed Aslam və Mohammed Nazir biznesmeni öldürmək üçün qatil kirayələyib.
Onun sui-qəsd zamanı hicablı olduğu bildirilir. Həmin vaxtdan qadın axtarışdadır. Və bu yaxınlarda Ermənistan ərazisində aşkar edilib.