Putin Makronla Qarabağı müzakirə etdi

Rusiya və Fransa Qarabağda problemlərin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işinin vacibliyini vurğulayıblar.

Buta.media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makron ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

Bununla yanaşı, Qarabağda müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyəti yüksək qiymətləndirilib.

Putinin sözlərinə görə, Makron görüş zamanı ötən həftə Azərbaycanın Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə videokonfrans formatında keçirilən görüşün nəticələrindən danışıb.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün dünən Moskvaya gedib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ