Gürcüstanda qırıcı qəzaya uğradı, pilot öldü

Gürcüstanda Su-25 qırıcısı planlaşdırılmış təlim zamanı qəzaya uğrayıb, pilot həlak olub.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus “Su-25” qırıcı təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin Aviasiya-Hava Komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı veririk”, - deyə idarədən bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ