Kütləvi iğtişaşlar: Suriyalılar və türklər arasında gərginlik artır - video

Türkiyədə suriyalı miqrantın azyaşlı uşağı zorlamasından sonra ölkədə suriyalılarla türklər arasında gərginlik artır.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Kayseri vilayətində iğtişaşçıların “qanunsuz hərəkət edərək Suriya vətəndaşlarına məxsus evlərə, iş yerlərinə və avtomobillərə ziyan vurduğunu” deyib. 

Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Hüquq-mühafizə orqanları iğtişaşlarda iştirak edən 67 nəfəri saxlayıblar. Etirazlar zamanı azı on polis əməkdaşı yaralanıb.

İğtişaşlarda iştirak edən şəxslər “biz suriyalıların ölkəmizdə olmasını istəmirik” şüarlarını səsləndiriblər. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iğtişaşları “qəbuledilməz” adlandırıb. O, eyni zamanda müxalifəti iğtişaşları qızışdırmaqda ittiham edib.

Rəsmi məlumatlara görə, Türkiyədə milyondan çox suriyalı qaçqın yaşayır.

Qeyd edək ki, türkiyədə suriyalının azyaşlıya təcavüz etməkdə ittiham olunmasından sonra iğtişaşlar başlayıb. Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, qohumu olan azyaşlı qıza təcavüz edən Suriya vətəndaşı yerli ictimaiyyət tərəfindən polisə təhvil verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ