Türkiyə prokurorluğu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı ilə birgə koronavirusa yoluxması ilə bağlı postunun altında təhqiramiz şərhlər yazanlara qarşı araşdırmalara başalyıb.
Buta.media-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, şübhəli şəxslərdən biri İstanbulda saxlanılıb. Onu təxribat və təhqir xarakterli kontent yaymaqda ittiham edirlər.
Ondan əlavə daha dörd nəfərin saxlanıldığı qeyd olunur.
Qeyd edək ki, Ərdoğan və həyat yoldaşı fevralın 5-də COVID-19-a yoluxublar. Türkiyə prezidenti bəyan edib ki, özünü yaxşı hiss edir və evdən işləmək niyyətindədir.
Türkiyə lideri Çinin Sinopharm şirkətinin vaksini ilə, daha sonra isə Pfizer-BioNTech ilə peyvənd olunub.