İsrail Ali Məhkəməsi ölkə hökumətinə dini məktəblərdə təhsil alanları orduya çağırmaqla bağlı göstəriş verib.
Qərar yekdilliklə qəbul edilib. Məhkəmənin bəyanatında bildirilib ki, ortodoksal tələbələrin hərbi xidmətə cəlb edilməməsinin heç bir hüquqi əsası yoxdur. Həmçinin sənəddə vurğulanır ki, “müharibə dövründə qeyri-bərabərlik yükü xüsusilə hiss edilir”.
Ortodoksal yəhudilərin orduda xidmət etməsi məsələsi uzun illərdir İsraildə aktiv şəkildə müzakirə olunur. Yeşivaların (dini təhsil müəssisələri) tələbələri üçün möhlət verilməsinə zəmanət verən qanun 1949-cu ildən qüvvədədir. 2017-ci ildə Ali Məhkəmə bu qərarı ləğv edib.
Amma faktiki olaraq, qanunun ləğvindən sonra heç nə dəyişməyib - Benyamin Netanyahu hökuməti (hakim koalisiya da ortodoksalların dəstəyinə arxalanır) xüsusi fərmanların köməyi ilə möhlətləri müntəzəm olaraq uzadıb. Ali Məhkəmənin yeni qərarından sonra bu, artıq mümkün olmayacaq.
İsraildə hərbi xidmət həm kişi, həm də qadınlar da daxil olmaqla, bütün ölkə vətəndaşları üçün məcburidir. Praktikada ərəblər könüllü xidmət edə bilsələr də, adətən orduya çağırılmırlar.
Ortodoksal yəhudilər İsrail əhalisinin təxminən 13%-ni təşkil edir.