Kim Çen In Putinə iki ov iti hədiyyə edib - foto

Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə nadir phunsan cinsindən olan iki ov iti hədiyyə edib.

“Yoldaş Kim Çen In Kumsusan Dövlət Qonaq Evinin bağçasında Prezident Putinə bir cüt phunsan itini hədiyyə edib”, rəsmi məlumatda bildirilir.

Phunsan KXDR-dən olan ov itlərinin cinsidir. Adını Phunsan qraflığının şimalındakı dağlardan alıb. Ölkədən kənarda demək olar ki, tanınmır.

Bu cinsin itləri çox güclü və çevikdirlər, çünki mənşə yeri dağlıq bölgələrdir. Onlar ənənəvi olaraq böyük heyvanları, o cümlədən Amur pələngini ovlamaq üçün istifadə olunur.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, KXDR lideri Putinə “prezidentimizin obrazı ilə bağlı” büstlər və bir sıra digər sənət əsərləri də hədiyyə edib. Putin buna cavab olaraq Kim Çen Ina Aurus avtomobili, çay dəsti və admiral xəncəri bağışlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ