Riki Martin: Yeni Zelandiyadakı qatilə terrorçu demirlər, çünki o müsəlman deyil

Dünya şöhrətli müğənni Riki Martin mətbuat və televiziyanın Yeni Zelandiyada müsəlmanların qətliamına münasibətinə hiddətlənib.


“İnsan 40 nəfəri güllələyərək öldürüb, daha 20 nəfəri isə yaralayıb. Beynəlxalq mətbuat onu terrorçu yox, atıcı adlandırırlar. Niyə? Çünki o müsəlman deyil”, - Riki Martin öz Instagram səhifəsində yazıb.


Xatırladaq ki, Yeni Zelandiyada iki məscidə silahlı hücum cümə günü, martın 15-də baş verib. Terrorçular Kraysçerç şəhəri və Linvud yaşayış məntəqəsində günorta namazından sonra məscidə basqın edərək insanlara atəş açıblar. Nəticədə 49 dinc sakin həyatını itirib.


İnsidentdən sonra polis ölkədə bütün məscidləri bağlamağı xahiş edib.


Hücumdan sonra dörd nəfər – üç kişi və bir qadın saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ