Fransa Ermənistana CAESAR haubitsalarını tədürk edəcək

“Biz Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik”.

Bu barədə Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, müqavilə Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı imzalanıb. Parisdə keçirilən “Eurosatory 2024” hərbi texnika sərgisi çərçivəsində iki ölkənin müdafiə nazirliklərinin rəhbərləri arasında müzakirələr aparılıb. Fransalı nazir müzakirəni “isti və məhsuldar” adlandırıb.

“Yeni mühüm mərhələ CAESAR özüyeriyən haubitsalarının tədarükü ilə bağlı müqavilənin imzalanmasıdır”, Sebastyan Lekornu yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ