Türkiyə kəşfiyyatı Rusiyaya “Krokus”dan sonra terror aktının qarşısını almağa kömək edib

Türkiyə kəşfiyyatı “Krokus Siti Holla” hücumdan sonra Rusiyaya İŞİD terrorçularının Moskvada planlaşdırdıqları növbəti terror aktının qarşısını almağa kömək edib. Bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazıb.

Qəzetin yazdığına görə, “Vilayət Xorasan” adlı İŞİD hücrəsini təmsil edən terrorçular “Krokus”dan sonra insanların çox olduğu ticarət mərkəzində ikinci hücumu planlaşdırırdılar. Türkiyə kəşfiyyatı Moskva ilə əlaqə saxlayıb və bu barədə məlumat göndərib. Hürriyet yazır ki, bu məlumat təşkilat üzvlərinin özlərindən əldə edilib. Qəzet başqa heç bir təfərrüat yazmayıb.

“Hürriyyət” həmçinin qeyd edir ki, 2024-cü ilin yanvarında İstanbulda Santa Mariya kilsəsinə edilən hücumdan sonra “Vilayət Xorasan”in fəaliyyətini uzun müddət izləmiş Türkiyə kəşfiyyatı bir sıra şəxsləri dindirərək Rusiya tərəfi ilə əlaqə yaradıb.

Martın 22-də bir neçə terrorçu “Piknik” qrupunun konsertindən əvvəl “Krokus Siti Holla” daxil olaraq insanlara atəş açıb. Zalda yanğın başlayıb və bina çökməyə başlayıb. Terror aktı və yanğın nəticəsində bir neçə uşaq da daxil olmaqla 140-dan çox insan həlak olub.

Rusiya FTX-nın məlumatına görə, terrorçular avtomobillə qaçmağa çalışsalar da, Bryansk vilayətində saxlanılıblar. Onlar dərhal həbs ediliblər, daha sonra məhkəmə hücumçuların şəriki hesab edilən bir neçə nəfəri həbsxanaya göndərib - ümumilikdə terror aktı ilə bağlı azı 12 nəfər saxlanılıb.

İŞİD-in “Vilayət Xorasan” adlı hücrəsi hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ