Məkkəyə (Həcc) ziyarət zamanı İordaniyadan olan azı 14 zəvvar susuzluqdan və istidən dünyasını dəyişib. Bu barədə “Reuters” Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Daha 17 zəvvarın itkin düşdüyü qeyd olunur. Hazırda Məkkə və şəhər ətrafında havanın temperaturu 47 dərəcə isti təşkil edir.
Ölkənin Səhiyyə Nazirliyi zəvvarlara daha çox su içməyi və ən isti saatlarda - 11:00-dan 15:00-dək açıq havada qalmamağı tövsiyə edir.