Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesində referendumun keçirilə biləcəyini istisna etmir.
Paşinyan Şinuayr kəndinin sakinləri ilə görüşündə bildirib ki, “ərazilərin mübadiləsi” təklifinin mümkün olduğunu hesab edir.
Belə olan halda Ermənistan hakimiyyəti referendum keçirməyə məcbur olacaq.
“Biz düzgün başa düşməliyik - Azərbaycanla yeni sərhəd yaratmırıq, sovet dövrünün sərhədlərini bərpa edirik”, Paşinyan bəyan edib.