Müsəlmanların Qurban bayramının ilk günündə Türkiyədə 16 minə yaxın insan heyvan kəsimi zamanı xəsarət alıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca məlumat verib.
O izah edib, xəsarətlərin səbəbi heyvanların qeyri-peşəkarlar tərəfindən kəsilməsi olub.
Zərərçəkənlər tibbi yardıma müraciət ediblər
Yaralıların əksəriyyəti Ankarada qeydə alınıb - 1274 nəfər. Həmçinin İzmirdə 416 vətəndaş xəsarət alıb.
TRT Haber telekanalının məlumatına görə, qurban kəsmə zamanı yaralanan 918 nəfər İstanbul xəstəxanasına yerləşdirilib, iki nəfər həyatını itirib.