Rusiyada avtomobil səkidə piyadaları vurdu. Beş nəfər öldü - video

Rusiyanın Blaqoveşensk şəhərində yüksək sürətlə hərəkət edən miniven səkidə piyadaları vurub.

Qəza Vasilenko küçəsində baş verib, avtomobil motosikletə çırpılıb, sonra isə səkiyə çıxıb. İlkin məlumata görə, üçü uşaq olmaqla beş nəfər ölüb.

Yerli KİV qeyd edir ki, avtomobili sərxoş sürücü idarə edə bilərdi. Digər təfərrüatlar dəqiqləşdirilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ