İrəvanda etirazlar: polis səsli qumbaralardan istifadə edir - video

İrəvanda Ermənistan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma başlayıb. Polis etirazçılara qarşı səsli qumbaralardan istifadə edir.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, Ermənistan parlamenti yaxınlığında toqquşmalar gedir.

Yerli Telegram kanalları yaralanan nümayişçilərin görüntülərini yayır. Təhlükəsizlik qüvvələrinin xüsusi vasitələrdən istifadə etməsi faktı parlamentin iclasında spiker Alen Simonyan tərəfindən təsdiqlənib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ