Ermənistan KTMT-dən çıxacaq - Paşinyan

Ermənistan KTMT-dən çıxacaq. Bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

“Bütün baş verənlərdə alyansı yaradanlar günahkardır, bu təşkilatın üzvləri bizimlə Azərbaycana qarşı müharibə planlaşdırmışdılar”, - baş naziri bəyan edib.

Bu sözlərə cavab olaraq müxalifətçi deputatlardan biri “Onda bu ittifaqı tərk edin” iradını bildirib.

“Çıxacağıq, bununla məni qorxudursunuz? Biz yaxşıyıq, nə vaxt ayrılacağımıza qərar verəcəyik. Sizcə növbəti addım nədir, geri qayıda bilərikmi? Narahat olmayın”, Paşinyan cavab verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ