NASA Beynəlxalq Kosmik Stansiyanı okeanda batıracaq

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) Beynəlxalq Kosmik Stansiyanı (BKS) 2030-cu ilə qədər istismar etmək niyyətindədir.

Buta.media-nın xəbərinə görə, bu barədə CNN məlumat yayıb. 

Bundan sonra stansiyanı Nemo nöqtəsində batırmaq planlaşdırılıb. Telekanalın məlumatına əsasən, kosmik gəmilərin qəbiristanlığı kimi tanınan bu rayon Yeni Zelandiyanın şərq sahilindən 4828 kilometr və Antarktidadan 3218 kilometr məsafədə yerləşir. Bildirilir ki, 1971-ci ildən Rusiya, ABŞ, Yaponiya və bir sıra ABŞ ölkəsi buraya 263 ədəd kosmik zibil atıb.

NASA-nın hesabatına əsasən, BKS 2031-ci ildə istismardan çıxarılacaq. Sənəddə qeyd olunur ki, BKS “atmosferə təhlükəsiz girişi” təmin edən manevrlər həyata keçirəcək.

2021-ci ilin dekabrında NASA-nın rəhbəri Bill Nelson bəyan edib ki, ABŞ Prezidenti Co Bayden BKS-nin xidmətini 2030-cu ilə qədər uzadıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ