Rusiya hakimiyyəti yeni səfərbərlik elan etməyi planlaşdırmır. Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq İqtisadi Forumunun (SPİEF) plenar iclasında bildirib.
Putinin sözlərinə görə, əgər Rusiya Ukraynada öz məqsədlərinə mümkün qədər tez nail olmaq istəyirsə, deməli, hazırkı kontingent kifayət etmir. Bununla belə, prezident qeyd edib ki, Rusiya Silahlı Qüvvələri başqa taktikadan istifadə edir, Ukrayna ordusunu “sıxıb çıxarır”.
“Əgər bunu mümkün qədər tez etmək istəyiriksə, hazırkı kontingent bizim üçün kifayət deyil. Lakin biz, dediyim kimi, başqa taktika ilə hərəkət edirik - düşməni nəzarətimizə verilməli olan ərazilərdən sıxışdırıb çıxarırıq. Bu mənada bizim səfərbərlik elan etməyə ehtiyacımız yoxdur, biz bunu planlaşdırmırıq”, - deyə Putin bildirib.
O həmçinin əlavə edib ki, 2023-cü ildə 300 mindən çox, 2024-cü ilin əvvəlindən isə 160 mindən çox insan Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.