ABŞ prezidenti Co Bayden Ukraynaya 225 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb. Bu barədə NBC məlumat yayıb.
Fransada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü zamanı Bayden Rusiyanın döyüş meydanında uğurlarını ABŞ-ın hərbi yardımı gecikdərməsi ilə izah edib və üzistəyib. O, həmçinin Ukrayna prezidentini ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyinə inandırıb.
“Associated Press”in məlumatına görə, yeni hərbi yardım paketinə HIMARS sistemləri üçün döyüş sursatları, həmçinin minaatan sistemləri və artilleriya mərmiləri daxildir.
2023-cü ilin payızından bəri ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq hərbi yardımın ayrılmasını nəzərdə tutan milli təhlükəsizlik qanun layihəsini razılaşdıra bilmir. Sənəd yalnız 2024-cü il aprelin sonunda qəbul edilib. Qanun layihəsinin qəbulunda gecikmələr səbəbindən Ukrayna Silahlı Qüvvələri kəskin sursatın çatışmazlığı ilə üzləşib və Rusiya ordusu bir sıra sahələrdə irəliləməyə nail olub.