Yuliya Timoşenko axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi Ali Radanın deputatı və Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonu axtarışa verib. Bu barədə RİA Novosti idarənin axtarış məlumat bazasına istinadən məlumat yayıb.

Timoşenkonun hansı cinayət işi üzrə axtarışa verildiyi məlum deyil.

Yuliya Timoşenko 2005-ci ilin fevral-sentyabr aylarında və 2007-2010-cu illərdə Ukraynanın baş naziri olub. O, hazırda “Batkivşina” partiyasına rəhbərlik edir.

Mayın əvvəlində Rusiya Daxili İşlər Nazirliyinin Ukrayna prezidenti Vladimir Zelenski və keçmiş dövlət başçısı Petro Poroşenkonu axtarışa verib. Lakin bir müddət sonra onların qeydləri axtarış bazasından silinib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ