Kopenhagendə Danimarkanın baş nazirinə hücum olunub

Kopenhagendə baş nazir Mette Frederiksenə hücum olunub. Bu barədə “Ekstra Bladet” nəşri hökumət başçısının ofisinə istinadən məlumat yayıb.

Bildirilir ki, hücum edən şəxs Köhnə Şəhərdəki Kultorvet meydanında Frederikseni zərbə vurub. Baş nazir "“baş verənlərdən şokdadır”.

Vəziyyətlə tanış olan “Ekstra Bladet”in mənbəsinə görə, Frederiksen yaxşıdır, lakin baş verənlərdən “çox sarsılıb”.

Baş nazirə hücum edən şəxs saxlanılıb.

Mette Frederiksenin 46 yaşı var. O, 2019-cu ildən Danimarkanın baş naziri vəzifəsində çalışır.

Mayın 15-də Slovakiyanın baş naziri Robert Fitso hücum nəticəsində yaralanıb. Siyasətçiyə Gandlova şəhərində Nazirlər Kabinetinin iclasından sonra bir neçə dəfə atəş açılıb. Fitsoya qarşı sui-qəsd cəhdində şübhəli bilinən 71 yaşlı yazıçı Yuray Tsintula hücum yerində saxlanılıb və tezliklə həbs edilib. Onu 25 ildən başlayaraq ömürlük azadlıqdan məhrumetməyə qədər həbs cəzası gözləyir. Tsintula öz hərəkətlərini hökumətin siyasəti ilə razılaşmaması ilə izah edib. Mayın 31-də Fitso xəstəxanadan buraxılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ