Gürcüstanda “COVID-19” pasportları ləğv olunub

Gürcüstanda “COVID-19” pasportları ləğv olunub

Gürcüstanda “COVID-19” pasportları ləğv olunub.

Bu barədə qərarı ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.

Qərar onunla əsaslandırılır ki, yoluxmaların sayı xeyli artıb və bu sistem indi daha az effektivdir.

Sənəddən yalnız xarici ölkələrə səfərlər zamanı istifadə olunacaq.

Gürcüstanda “COVİD pasportu” vətəndaşın COVİD statusu haqqında məlumatları özündə əks etdirən elektron sənəddir. Peyvəndin tam kursu, xəstəliyin müddəti və PCR testlərinin nəticələri burada əks olunur. Gürcüstanda “yaşıl pasport” sistemi dekabrın 1-dən qüvvədədir. İctimai yerlərə, restoranlara, əyləncə və ticarət mərkəzlərinə yalnız QR kodla getmək mümkün idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ