Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədini tərk edirlər

Rusiya sərhədçiləri Ermənistanın Sünik vilayətinin Nerkin And kəndinin tərk ediblər. Bu barədə jurnalistlərə vilayət qubernatoru Robert Qukasyan məlumat verib.

“44 günlük müharibədən sonra yerləşdirildikləri əraziləri, həmçinin də Nerkin-Andı tərk ediblər. İndi orada Rusiya sərhədçiləri yoxdur”, deyə qubernator bildirib.

Qukasyan qeyd edib ki, “Syunikdə Rusiya sərhədçilərinin geri çəkilməsindən başqa heç nə baş vermir”.

Bu ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya FTX-nin Sərhəd Xidmətinin nümayəndələrinin Azərbaycanla sərhəddəki Nerkin And kəndi ərazisində qalmaq mandatı olmadığını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ