Moskva Bakı və İrəvan arasında sülhü dəstəkləməyə hazırdır - XİN

Moskva İrəvan və Bakı arasında sülhü dəstəkləməyə hazır olduğunu təsdiqləyir.

Bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Nazir müavininin qeyd edib ki, Rusiya tərəfi Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun mayın 10-11-də Qazaxıstanda sülh müqaviləsinin hazırlanması üçün keçirilən görüşünü müsbət qiymətləndirir:

“XİN rəhbərləri arasında görüşün keçirilməsi tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı yaradıb. Bu istiqamətdə daha bir mühüm addım atılıb”, - Qaluzin vurğulayıb. - Moskva artıq iki dəfə - 2023-cü ilin may və iyul aylarında Bakı və İrəvan arasında sülh danışıqlarına ev sahibliyi edib. Biz Rusiyanın iki qardaş xalqının barışmasına hərtərəfli dəstək verməyə, regiondakı bütün ölkələrin təhlükəsizliyini və rifahını təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həll yollarının axtarışını təşviq etməyə davam etməyə hazırıq”.

Diplomat həmçinin Ermənistan-Azərbaycan təmasları üçün platforma yaradan Astananın rolunu da yüksək qiymətləndirib.

“Belə görüşlərin üçtərəfli sazişlərə uyğun olması vacibdir. Çünki bu danışıqlar sülh müqaviləsinin bağlanmasından əlavə, Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin açılmasını, sərhədlərin müəyyənləşdirilməsini və vətəndaş cəmiyyətləri vasitəsilə əlaqələrin inkişafını nəzərdə tutur”, Qaluzin əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ