Ukrayna müharibəyə hazırlaşır? Ordu sayı 100 min nəfər artılır

Prezident Vladimir Zelenski Ukrayna ordusunun sayının 100 min nəfər artırılması ilə bağlı fərman imzalayıb.

Buta.media UNİAN-a istinadən xəbər verir ki, sənəd Prezidentin Ali Radada çıxışı zamanı imzalanıb. 

Fərmana əsasən, Ukrayna ordusunun sayı üç il ərzində 100 min nəfər artırılacaq, 20 yeni hərbi hissə yaradılacaq. Zelenski bəyan edib ki, hərbçilərin maaşı qaldırılacaq və onlar evlə təmin olunacaqlar.

Bundan əlavə müddətli hərbi qulluqçularının xidmət müddətinin artırılması palnlaşdırılıb. 

Bu, müharibə üçün yox, sülhə görə ölkənin peşəkar orduya keçidinin başlanğıcıdır, Ukrayna lideri bəyan edib.

Bundan əvvəl NATO-nun Baş katibi yens Stoltenberq bəyan edib ki, Ukrayna ordusu bu gün 2014-cü illə müqayisədə daha hazırlıqlıdır. 

Qeyd edək ki, son günlərdə Avropa və ABŞ-da Rusiyanın Ukrayna ərazisini işğal etməyə hazırlaşması ilə bağlı bəyanatlar səslənir. Moskva bu ittihamları qəbul etmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ