SOCAR-ın Türkiyədəki ofisinə hücumda şübhəli bilinən “Min Gənc Fələstin üçün” təşkilatının 13 üzvü saxlanılıb.
Saxlanılan şəxslərdən ifadələr alınacaq və sabah onlar məhkəmə qarşısına çıxarılacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl SOCAR-ın İsrailə neft satdığı iddiası ilə şirkətin İstanbuldakı ofisinə hücum edilib.
SOCAR Türkiyə bu gün İsrailə xam neft tədarükü ilə bağlı ittihamlarına cavab olaraq məlumat yayıb. Şirkət yaydığı açıqlamada iddiaları əsassız adlandırıb.