Türkiyədə hərbçilərə TikTok qadağan edildi

Türkiyə hərbçilərinə TikTok sosial şəbəkəsindən istifadə qadağan edilib.

TikTok-a qadağa Türkiyə parlamentinin Milli Müdafiə Komissiyasının təsdiq etdiyi Türkiyə silahlı qüvvələrinin üzvləri ilə bağlı bir sıra qanunlara dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsində yer alıb.

Qeyd olunur ki, əsgərlər kazarma və əməliyyat bölgələrindən bəzi görüntüləri sosial mediada paylaşaraq təhlükəsizlik riskini gündəmə gətirib. İş yerlərində mobil telefondan istifadənin ciddi təhlükəsizlik problemləri yaratdığı diqqətə çatdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ