Aİ məhkəməsi Fərhad Əhmədova qarşı sanksiyaları ləğv etdi

Avropa İttifaqının Lüksemburqdakı Ədalət Məhkəməsi Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə əlaqədar Aİ Şurasının milyarder Fərhad Əhmədova qarşı sanksiyaların tətbiq olunması ilə bağlı qərarını ləğv edib.

Bundan əlavə, mayın 29-u çərşənbə günü məhkəmə Aİ Şurasının bu məhdudlaşdırıcı tədbirlərin 2023-cü il martın 13-dək uzadılmasına dair qərarlarını ləğv edib. Qeyd edək ki, hələ 2023-cü ilin sentyabrında Aİ Şurası Əhmədova qarşı sanksiyaları uzatmamaq qərarına gəlib.

“Fərhad Əhmədov rusiyalı iş adamıdır, onun fəaliyyəti enerji sektoru və Rusiyanın yerli siyasəti ilə bağlıdır. O, Rusiyanın qaz şirkətlərini avadanlıqlarla təchiz edən “Tansley Trading” təsis edib, Sibirdə “Nortgas” neft-qaz şirkətinin minoritar səhmdarına çevrilib, həmçinin “Bechtel Energy”nin direktorlar şurasının sədridir. O, Kremlə yaxındır və iqtisadiyyatın Rusiya Federasiyası hökumətinə əhəmiyyətli gəlir təmin edən sektorlarında iştirak edən aparıcı iş adamıdır”, - Aİ-nin rəsmi jurnalında dərc edilən məqalədə deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ