Rusiya Ukraynanın daha iki kəndini işğal etdi

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, RF qoşunları hərbçiləri Donetsk vilayətinin Netaylovo və Xarkov vilayətinin İvanovka kəndlərini ələ keçirib.

Bildirilib ki, Netaylovo “Mərkəz” qoşun qrupunun bölmələri tərəfindən, İvanovka isə “Qərb” qrupunun hərbi qulluqçuları tərəfindən nəzarətə götürülüb.

Ukraynanın “DeepState” layihəsi mayın 27-nə keçən gecə Rusiya hərbçilərinin Donetsk vilayətində bir neçə yaşayış məntəqəsi yaxınlığında irəliləyərək Netaylovonu işğal etdikləri barədə məlumat yayıb. Layihənin xəritəsinə əsasən, İvanovka da Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Ukrayna hakimiyyəti hələlik kəndlərin itkisini təsdiqləməyib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ