İsrail raket hücumuna məruz qaldı

Mayın 26-da günorta saatlarında Qəzza zolağından İsrailin mərkəzinə ən azı səkkiz raket atılıb. Bu barədə “The Times of Israel” məlumat yayıb. İsrail Müdafiə Nazirliyi bildirib ki, raketlərin bəziləri ələ keçirilib, zərbələr nəticəsində ölən və yaralananlar yoxdur.

“The Times of Israel” qeyd edir ki, bu, son dörd ayda İsrailin mərkəzinə ilk raket hücumudur. Raketlər Rəfah şəhərindən buraxılıb.

HƏMAS-ın hərbi qanadı “Əl-Qəssam Briqadaları” bəyanat yayaraq raket hücumunun hədəfinin Təl-Əviv olduğunu bildirib. 

Rəfah Qəzza zolağında 2023-cü ilin oktyabrında HƏMAS terrorçularının hücumundan sonra başlayan əməliyyat zamanı İsrail hərbçiləri tərəfindən işğal olunmayan sonuncu böyük yaşayış məntəqəsidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ