Şimali Koreya qorxunc xəbərdarlıq edib

KXDR ordusu Cənubi Koreya və ABŞ-ın Pxenyanın suverenliyini təhdid edən təxribatlarına hərbi cavab verməyə hazırdır. Bu bəyanatla ölkənin müdafiə nazirinin müavini Kim Qan İr çıxış edib.

Nazir müavini qeyd edib ki, hazırda ABŞ Hərbi Hava Qüvvələri və “marionet Koreya Respublikası” hərbi vəziyyəti üstələyən səviyyədə hava kəşfiyyatı aparır. Bu məqsədlər üçün ölkələr müxtəlif kəşfiyyat təyyarələrindən, o cümlədən pilotsuz RQ-4B-dən istifadə edirlər.

“Hər an müdafiə qüvvələrimizi suyun üzərində və ya altında istifadə edə bilərik”, deyə Kim Qan İr xəbərdarlıq edib.

O bildirib ki, Cənubi Koreya gəmiləri tez-tez KXDR sərhədindən keçir. Onun sözlərinə görə, hər hansı insident baş verərsə, Seul Şimali Koreyanın dəniz suverenliyini pozduğuna görə məsuliyyət daşıyacaq.

“Əgər Koreya Respublikası bizim elan etdiyimiz dəniz sərhədi xəttinə hörmət etmirsə, o zaman biz onu bu xəttdən qorxutmalıyıq - bu bizim seçimimizdir” , - deyə o yükunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ