Rusiya Ukraynanın işğalını davam etdirir: daha bir kənd ələ keçirilib

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, “Mərkəz” qoşun qrupu Donetsk vilayətinin Pokrovski rayonunun Arxangelskoye kəndini ələ keçirib. Bu barədə nazirliyin nümayəndəsi mayın 25-də jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.

Ukrayna Müdafiə Nazirliyinə yaxın olan “DeepState” layihəsi mayın 25-nə keçən gecə RF qoşunlarının Arxangelsk istiqamətində irəlilədiyini təsdiqləyib. Layihənin xəritəsinə əsasən, kənd Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Arxangelskinin itirilməsini təsdiqləməyib.

Arxangelskoye Oçeretino kəndindən iki kilometr şimal-şərqdə yerləşir. Öz növbəsində, Oçeretino mayın 5-də Rusiya tərəfindən işğal edilib. 

Son günlər Ukrayna hərbçiləri Pokrovsk istiqamətində şiddətli döyüşlərin getdiyini bildiriblər. Mayın 24-də axşam saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, Rusiya qoşunları Oçeretinodan Ukrayna müdafiəsinə soxulmağa cəhd etməkdə davam edir və “qismən uğur qazanırlar”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ