Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, Rusiyanın hər hansı NATO üzvünə hücum etmək ehtimalı azdır, çünki RF qoşunları Ukraynada öz sərhədlərini artıq göstərib və sürətli qələbə üçün kifayət qədər güclü deyillər.
Orban bildirib ki, Rusiya ordusu ukraynalılarla ciddi və çətin müharibə aparır.
Macarıstanın baş naziri qeyd edib ki, “rusiyalılar ukraynalıları bir zərbə ilə məğlub edəcək qədər güclü olsaydılar, artıq bunu edərdilər”.
O vurğulayıb ki, NATO-nun hərbi potensialı Ukraynanın hərbi potensialını xeyli üstələyir, ona görə də Rusiyanın və ya hər hansı digər ölkənin NATO-ya hücum etməsi ehtimalı azdır.
“Ukraynanı məğlub edə bilməyən Rusiyanın birdən gəlib bütün Qərb dünyasını udması məntiqli deyil. Bunun baş vermə ehtimalı olduqca aşağıdır”, - Macarıstan hökumətinin başçısı deyir.