Rusiyada zabitlərin həbsi davam edir

Rusiya Müdafiə Nazirliyinin Dövlət Təchizatları Departamentinin zabiti Vladimir Verteletski saxlanılıb.

Bu barədə “İzvestiya” məlumat yayıb.

Verteletski külli miqdarda rüşvət almaqda şübhəli bilinir.

Xatırladaq ki, bu gün Rusiya Silahlı Qüvvələrinin Rabitə Baş İdarəsinin rəisi - Baş Qərargah rəisinin müavini general-leytenant Vadim Şamarin də həbs olunub. O, da külli miqdarda rüşvət almaqda ittiham edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ