Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun hərbçisi İraqın şimalında şəhid olub

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun hərbçisi Vedat Zorba partlayış zamanı həlak olub.

Terror təşkilatının üzvlərinin əraziyə əvvəlcədən partlayıcı yerləşdirməsi və hadisənin də qurğunun işə düşməsi səbəbindən baş verdiyi qeyd edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ